HİDROİZOLASİYA QARIŞIĞI

Məhsul haqqında
Polimer dispersiyon əsaslı iki kompenentli elastik su izolyasiya qarışığıdır. AZS 039-2000 (TS 11140-1993) standartına uyğundur.
İstifadə sahələri
Daxili və xarici yerlərdə, şaquli və üfqi tətbiqlərdə
Daimi su saxlanılan hovuzlarda;
Su anbarlarında
Tualet, hamam, mətbəxt və balkon kimi binanın bütün sulu həcmlərində
Üzgüçülük hovuzlarında və bəzək hovuzlarında
Soyuq hava anbarlarının divar və döşəmələrinin örtülməsində
Terraslarda
Təməl və istinad divarlarında
Üstünlükləri
Asan hazırlanır və asan tətbiq olunur
Elastikdir
Su keçirməyən xüsusiyyətə malikdir
Çox yüksək yapışma müqavimətinə malikdir.
İstifadə qaydaları
İstifadə olunacaq səthin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Tətbiq olunacaq səthin istiliyi + 250 C-dən çoxdursa səth nəmləndirilməlidir. Tətbiq öncəsi Palitro binder astarla astarlanmalıdır.
Qarışığın hazırlanması:                  
25 kq-lıq toz şəkilli qarışığı 10 L-lik Palitro Latexe B komponentli  mayenin üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın.  Təxminən 3-5 dəqiqə gözlədikdən sonra təkrar 20 saniyə qarışdıraraq məhsul istifdəyə hazır hala gətirilir.
Texniki göstəricilər
Rəngi boz
Tətbiq ediləcək səthin istiliyi +50 C - +250 C
İstifadə müddəti 3 saat
İstifadəyə verilmə müddəti 1 həftə
Təziqli suya davamiyyəti 4 bar (+)
Qarışdırıldıqdan sonra gözləmə müddəti 3-5 dəqiqə
Saxlama müddəti
Quru şəraitdə maksimum 10 kisə olmaqla, istehsal tarixindən etibarən 1 il saxlanıla bilər.