• Rəng: Ağ
  • İstifadə temperatutu: +5°C – +30°C
  • Su-quru qarışıq nisbəti: 6,0-6,5 litr su / 25 kq quru qarışıq, 2,4-2,6 litr su /10 kq quru qarışıq
  • İstifadə müddəti: 3 saat
  • Aralıq doldurma işinə başlama vaxtı:
  • döşəmədə: 24 saatdan sonra
  • divarda: 48 saatdan sonra
  • ikinci qat bərkiməsi: son 60-90 dəqiqədən sonra
  • Sıxılmada möhkəmlik həddi:
  • 2 gündən sonra 3,0 Mpa
  • 7 gündən sonra 20,0 Mpa
  • 28 gündən sonra 30,0 Mpa
  • Yapışma müqaviməti: 2,0 Mpa
  • Qablaşdırma: 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 20 kq-lıq kisələrdə
  • İstehsalçı: «Evro İnşaat» MMC
  • Şaquli və üfüqi səthlərdə mozaika yapışdırıcısı. Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla
  • zəngin, yüksək keyfiyyətli, “NANO” texnologiyalı, birkomponentli, ağ rəngli keramika yapışdırıcısıdır.
  • İstifadə sahələri:
    • Bu keramika yapışdırıcısı:
    • Daxili və xarici məkanlarda;
    • Şüşə mozaikaların yapışdırılmasında;
    • Aralıqların doldurulmasında;
    • Şüşə blokları və köhnə kafelləri qopartmadan kafelin üstündən kafel yapışdırılmasında; Beton, suvaq, döşəmə suvağı kimi səthlərdə istifadə olunur. Səthin hazırlanması: İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəla standartlara uyğun istehsal edilmiş təmir qarışığı ilə doldurulmalıdır. İstifadə etməmişdən əvvəl səth BİDER astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır. Qarışığın hazırlanması: 25 kq-lıq tozşəkilli qarışığı 6,0 – 6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın. Tətbiqi: Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. Səthin üzərinə çəkilmiş qarışığa plitənin yapışdırılma müddətini barmaqla həmin qarışığın üzərinə azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır.Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.
  • Saxlama şərtləri:
    • Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.