FASAD KERAMİKA VƏ DEKORATİV KƏRPİC YAPIŞDIRICISI

Məhsul haqqında
Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, xüsusi polimer əlavəli, yüksək nəticələr əldə etməyə imkan verən, şaxtayadavamlı, maksimum yüksəkliyə yapışdıran birkomponentli,  boz rəngli fasad yapışdırıcısıdır.
AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar fasad keramika, mərmər və qranit, dekorativ kərpic və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
İstifadə sahələri
Daxili və xarici məkanların döşəmələrində istifadə olunur.
Dekorativ kərpic, təbii qranit, böyük ölçülü keramika, şüşə mozaika, traverten və örtük materialların yapışdırılmasında, Su hovuzlarında, terras və balkonlarda
Binaların üzlük və döşəmələrinin yapışdırılmasında
Üstünlükləri
Asan hazırlanır və asan tətbiq olunur;
Şaquli səthlərdə sürüşmə baş vermir;
Şaxtaya və istiliyə davamlıdır.
İstifadə qaydaları
İstifadə olunacaq səthin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Tətbiq olunacaq səthin istiliyi + 250 C-dən çoxdursa səth nəmləndirilməlidir. Tətbiq öncəsi Palitro binder astarla astarlanmalıdır.
Qarışığın hazırlanması:
25 kq-lıq toz şəkilli qarışığı 6,0-6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın.  Təxminən 3-5 dəqiqə gözlədikdən sonra təkrar 20 saniyə qarışdıraraq məhsul istifdəyə hazır hala gətirilir.
Texniki göstəricilər
Rəngi boz
Tətbiq ediləcək səthin istiliyi +50 C - +300 C
İstifadə müddəti 2 saat
Aralıq doldurma işinə başlama vaxtı: 24 saatdan sonra
Sürüşmə -EN < 0,5 mm
·         Qarışdırıldıqdan sonra gözləmə müddəti 3-5 dəqiqə
  Saxlama müddəti Quru şəraitdə maksimum 10 kisə olmaqla, istehsal tarixindən etibarən 1 il saxlanıla bilər.