• Əsas tərkibi: Akrilik kopolimer
  • Qarışdırıcı: Su
  • Rəng: Ağ, qara, qırmızı və s.
  • Dayanıqlılıq: (25°C-də): 140+/-10 KU
  • Quru qalıq: %68+/-1
  • Sıxlıq: (20°C-də) 1.63+/-0.01 qr/ml
  • Sərfiyyat: 9-11 m²/lt və ya 150-175 qr/m²
  • Quruma vaxtı: (25°C-də) Üz bağlama 1-2 saat, bərkimə 24 s.
  • Parlaqlıq: (60° Gardner) 7 +/-1
  • Saxlama müddəti: 2 il
  • Qablaşdırma: 3.5 kq, 10 kq, 25 kq
  • İstehsalçı: «Evro İnşaat» MMC
  • Sement əsaslı, boz rəngli, kimyəvi qatqılarla zəngin, yüksək keyfiyyətli, birkomponentli mərmər-qranit yapışdırıcısıdır.
  • İstifadə sahələri:
    • Təbii mərmər və qranit, keramika, böyük ölçülü keramika, kotto, çini keramika, kirəmit və bu kimi üzlük plitələrin yapışdırılmasında, çox sayda piyada və yük maşınlarının hərəkət etdiyi ticarət mərkəzləri, xəstəxana, məktəb və iş yerləri kimi məkanlarda, köhnə qranit və mərmərlərin üstündən qopartmağa ehtiyac olmadan yeni istənilən üzlük piltələrinin yapışdırılmasında, daxili və xarici səthlərdə istifadə olunur. Beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılır.
  • Səthin hazırlanması:
    • İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir.Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. İstifadə etməmişdən əvvəl səth bider astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
  • Qarışığın hazırlanması:
    • 25 kq-lıq tozşəkilli qarışığı ehmalca 6,0-6,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
  • Tətbiqi:
    • Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinləşdirilmiş yapışdırma üsulunun (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) tətbiq edilməsi tövsiyə olunur.
  • Saxlama şərtləri:
    • Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər