PLUS BOYA

Məhsul haqqında
Yüksək keyfiyyətli, yuyala bilən ,akrilik kopolimer emulsiya əsaslı, mat görüntülü dekorativ daxili səth boyasıdır.  
İstifadə sahələri
beton, gips, suvaq və uyğun astarla astarlanmış daxili səthlərdə istifadə olunur.
Üstünlükləri
istifadə olunduğu səthə mükəmməl yapışır;
çatlamır,qopmur;
səthə elastik təbəqə yaradır və  tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı    rütubəti  xaric edir ;
rəngi solmur;
səthlərə mat və təmiz görünüş verir.
İstifadə qaydaları
Palitro Plus istifadə  edilməyə başlamazdan əvvəl səth yağ, toz və qum kimi yapışmağa əngəlləyici maddələrdən tamamilə təmizlənməlidir. Yeni suvanmış səthlərdə 21  gün (200 C-də)gözlənilməlidir. Səthi boyamazdan əvvəl Palitro binder ilə astarlamaq lazımdır ki, boya səthə daha möhkəm yapışsın və boya sərfiyyatı daha az olsun. Lazım gələrsə səthdəki çuxur və çatlar xüsusi təmir qarışığı ilə doldurulmalıdır.İstifadənin ilk qatında  10-12%, ikinci qatında isə 5-8 % su ilə  incəldilərək 2 qat  vurulur. Fırça və rulo ilə . Qatlar arasında 1 saat gözlənilməlidir. İstifadə vaxtı temperatur +5°C - dən yuxarı, rütubət  80% - dən aşağı  olmalıdır.
Texniki göstəricilər
Rəngi
Məhsulun quruluşu akrilik kopolimer emulsiya əsaslı
Quru qalığı 68,5%
Sıxlığı 1,62kq/litr
Tam quruma müddəti 24 saatdan sonra
Qablaşdırma  3,5; 10,0 və 25,0 kq-lıq plastik qablarda
Sərfiyyatı
1 m2 səthə 125-150 qr boya istifadə oluna bilər.
Saxlama müddəti və qaydası
Birbaşa günəş şüası düşməyən 0°C - dən aşağı və 35°C - dən yuxarı olmayan mühitlərdə orijinal qablarda ağzı qapalı vəziyyətdə saxlayın.Quru şəraitdə 2 il saxlanıla bilər.