DIŞ CEBHE BOYASI

Məhsul haqqında
Akrilik kopolimer emulsiya əsaslı, yüksək keyfiyyətli xarici divar boyasıdır.
İstifadə sahələri
binaların xarici hissələrində beton, gips, kərpic və digər köhnə və yeni səthlərdə istifadə olunur.
Üstünlükləri
istifadə olunduğu səthə mükəmməl yapışır;
çatlamır və qopmur;
yağışa, nəmə və günəş şüalarının təsirinə davamlıdır;
rəngi solmur;
dəniz sahillərindəki duzlu nəmin mənfi təsirlərinə qarşı dözümlüdür;
tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı rütubəti xaric edir.
İstifadə qaydaları
PALİTRO dış cebhe boyası istifadə etməmişdən əvvəl səth yapışmağa mane olan yağ, toz, qum və digər qalıqlardan tamamilə təmiziənməlidir. Yeni suvanmış səthlərdə 21 gündən (+20°C temperaturda) sonra tətbiq edilməlidir. PALİTRO dış cebhe boyası səth  Palitro silikonlu astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlandıqdan sonra istifadə olunmalıdır.İstifadənin ilk qatında 10-12%, ikinci qatda 5-8% su ilə həll incəldilərək 2 qat vurulur. Fırça və rulo ilə istifadə olunur. Qatlar arasında 1 saat gözlənilməlidir. İstifadə vaxtı temperatur +5°C dən yuxarı, rütubət 80%-dən aşağı olmalıdır.
Texniki göstəricilər
Rəngi
Quru qalığı 63%±1%
Sıxlığı 1,52q/ml
Quruma müddəti (+20°C temperaturda): -ilk -son 1-2 saatdan sonra 24 saatdan sonra
Parlaqlığı (600 Gardner) 7±1
Qablaşdırma 3,5; 10,0 və 25,0 kq-lıq plastik qablarda
Sərfiyyat
1 litr boya ilə 11-13 m2 səthi boyamaq olar.
Saxlama müddəti və qaydası
Birbaşa günəş şüaları düşməyən yerlərdə, 0°C-dən aşağı və +35°C-dən yuxarı olmayan mühitlərdə, donmadan qorumaqla, orijinal qablarda.Quru şəraitdə 2 il saxlanıla bilər.