PARKET VƏ TAXTA YAPIŞQANI PVA TUTKAL

MƏHSUL HAQQINDA:
Polivinil asetat və su əsaslı Tutkal, parketlərin beton zəmin üzərinə yapışdırılması üçün tətbiq edilmiş, yüksək yapışma gücünə malik, ağ və çəhrayı rəngli yapışdırıcıdır.
TƏTBİQİ:
Palitro parket yapışdırıcısının tətbiqindən əvvəl səth toz və yağdan təmizlənməlidir. Tutkal tətbiq olunacaq səthin kənarlarından daşacaq miqdarda sürtülməli, daşan hissələr dərhal nəmli bezlə silinməli. Tətbiq edildikdən maksimum 10 dəqiqə sonra yapışdırma işi görülməlidir. Tutkal səthə daraqla tətbiq olunmalıdır. İstifadədən sonra alətlər su ilə təmizlənə bilər. Palitro parket Tutkal yapışdırıcısı istifadəyə hazırdır.
SƏRFİYYAT:
Tətbiq edilən  səthin növündən asılı olaraq 1kq/m2. səthlərin və məkanın temperaturu +10°C ilə+30°C arası olmalıdır.
Saxlanma müddəti
1 ildir. Saxlanma temperaturu 0°C ilə +35°C arasıdır.