Yüksək keyfiyyətli, akrilik kopolimer, emulsiya əsaslı, mat görünüşlü daxili səth boyasıdır. Spesifik xüsusiyyətləri:
İstifade olunduğu səthə mükəmməl bir şəkildə yapışır,çatlamaz və qopmaz. Səthdə elastik təbəqə yaradır və tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı rütubəti bayıra atır. Rəng solmaz, Səthə dekorativ mat görünüş verilir. İstifadə sahələri:
Bütün xarici səthlərdə istifade oluna bilər. Beton, gips, kərpic va başqa köhnə və yeni səthlərdə istifadə edilir.
İstifadə metodu:
"Palitro Plastik" istifadə edilməyə başlanmazdan əvvəl səth yağ, toz və qum kimi yapışmağa əngəlləyici maddələrdən tamamilə təmizlənməlidir. Yeni suvanmış səthlərdə 21 gün (20°C-də) gözlənilməlidir.Səthi boyamazdan əvvəl binder ilə astarlamaq lazımdırki, boya səthə daha möhkəm yapışsınvə boyasərfiyyatı daha az olsun. Lazım gələrsə səthlərdəki çuxur ve çatlar xüsusi təmir qarışığı ilə doldurulmalıdır. İstifadənin ilk qatında 10-12 %, ikinci qatında 5-8% su ilə incəldilərək fırça və rulo ile 2 qat vurulur. Qatar arasında 1 saat gözlənilməlidir. İstifadə vaxtı temperatur +5°C-dan yuxarı, rütubət 80%-dən aşağı olmamalıdir.
Saxlama şərtləri:
Birbaşa günəş şüası düşməyən, 0°C-dan aşağı və +35°C-dan yuxarı olmayan mühitlərdə orjinal qablarında ağzı qapalı vəziyyətdə saxlayın. Donmağdan qoruyun. S2 uşaqların əlçatdığı yerlərdən uzaq tutun.