Akrilik kopolimer emulsiya əsaslı, mat görünüşlü xarici divar boyasıdır.
Spesifik xüsusiyyətləri:
İstifadə olunduğu səthə mükəmməl bir şəkildə yapışır, çatlamaz və qopmaz. Yağış, nəm, günəş şüaları kimi hər cür hava şəraitinə, dəniz sahillərindəki duzlu nəmin mənfi təsirlərinə qarşı dözümlüdür. Tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı rütubəti bayıra atır. Rəngi solmaz.
İstifadə sahələri:
Binaların xarici hissələrində beton, gips, kərpic və başqa köhnə və yeni səthlərdə istifadə edilir.
İstifadə metodu:
"Palitro Akril" istifadə edilməyə başlanmazdan əvvəl səth yağ, toz və qum kimi yapışmağa əngəlləyici maddələrdən tamamilə təmizlənməlidir. Yeni suvanmış səthlərdə 21 gün (20°C-de) gözlənilməlidir. Səthi boyamazdan əvvəl binder ilə astarlamaq lazımdır ki, boya səthə daha möhkəm yapışsın ve boya sərfiyyatı daha az olsun. Lazım gələrsə səthlərdəki çuxur və çatlar xüsusi təmir qarışığı ilə doldurulmalıdır. İstifadənin ilk qatında 10-12 %, ikinci qatında 5-8% su ilə incəldilərək fırça va rulo ilə 2 qat vurulur. Qatlar arasında 1 saat gözlənilməlidir. İstifadə vaxtı temperatur +5°C dan yuxarı, rütubət 80%-dən aşağı olmalıdır.
Saxlama şərtləri:
Birbaşa günəş şüası düşməyən, 0°C-dən aşağı və +35°C-dən yuxarı olmayan mühitlərdə orijinal qablarında, ağzı qapalı vəziyyətdə saxlayın. Donmaqdan qoruyun. S2 uşaqların əlçatdığı yerlərdən uzaq tutun.