• Rəng: Boz
  • İstifadə temperaturu: +5°C – +30°C
  • Maye-quru qarışıq nisbəti: 10-4 lt maye / 25-10 kq quru qarışıq
  • İstifadə müddəti: 3 saat
  • Yapışma müqaviməti: >0.8 N/mm²
  • İstifadə metodu: Perpendikulyar şəkildə 2 qat
  • Qarışdırdıqdan sonra gözləmə vaxtı: 3-5 dəqiqə
  • Sərfiyyat: 1.2-2.2 kq/m² (1-2 mm üçün)
  • Qatlar arasında gözləmə vaxtı: 5-6 saat
  • Saxlama müddəti: 1 il
  • Qablaşdırma: 2 kraft kağızı və 1 qatı polietilen ibarət 25 və 10 kq-lıq kisələrdə və 10 və 4lt-lik plastik qutularda
  • İstehsalçı: «Evro İnşaat» MMC
  • Sement əsaslı, kimyəvi qatqılarla zəngin olan quru qarışıqdan və akrilik emulsiya əsaslı mayedən ibarətdir.
  • Spesifik xüsusiyyətləri:
    • Torpağın tərkibindəki kimyəvi maddələrə və duzlara qarşı davamlıdır. Yüksək yapışma qabiliyyəti və elastikliyi sayəsində suvaq, döşəmə suvağı (şap) və digər səthlərin üzərinə üzlük plitələri yapışdırmazdan əvvəl səthə çəkilir və su keçirməyən möhkəm hidroizolyasiya təbəqəsi yaradır.
  • İstifadə sahələri:
    • Bu izolyasiya qarışığı hovuzlarda, binaların bünövrəsində və balkonlarda, əsas divar və arakəsmələrdə, su anbarlarında, terraslarda, daima su ilə təmasda olan məkanlarda kafel və metlax vurulmazdan öncə istifadə olunur.
  • İstifadə metodu:
    • 25 / 10 kq-lıq toz şəkilli qarışığı uyğun olaraq 10 / 4 litr maye tərkibin üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.Hazırlanan qarışığı səthə rulo və ya fırça ilə, birbirinə perpendikulyar şəkildə olmaqla 2 qat çəkin. Qatlar arasındakı temperaturdan asılı olaraq 5-6 saat gözləmək lazımdır. Məhsulun tətbiq olunduğu künclərdə çatların əmələ gəlməməsi üçün küncləri ovallaşdırın və qarışığı tor vasitəsilə möhkəmləşdirin. Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş qarışıq atılmalıdır. Qarışığın tətbiq olunduğu səthi 48 saat müddətinə günəş şüasından, yağışdan və tozdan qoruyun və birbaşa günəş işığının düşdüyü yerlərdə istifadə etməyin. Nazik təbəqə şəklində tətbiq olunduğundan piyada və maşınların hərəkətinə məruz qalan səthlərə vurulduqdan sonra beton və ya keramika kimi qoruyucu üzlük materialı ilə örtün. Qarışığın istifadə olunduğu yerlər istifadəyə verilməzdən əvvəl ən azı 1 həftə gözləyin.Su izolyasiya qarışığı səthə 2 qat çəkilir. Birinci qatın sərfiyatı 1,2 kq/m², ikinci qatın sərfiyatı 1,0 kq/m²-dır.
  • Saxlama şərtləri:
    • Quru qarışıq açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 kisə olmaqla, maye qarışıq isə ağzı bağlı vəziyyətdə 12 ay saxlanıla bilər.