• Əsas tərkibi: Akrilik kopolimer
  • Qarışdırıcı: Su
  • Rəng: Ağ, qara, qırmızı və s.
  • Dayanıqlılıq: (25°C-də) 70+/-10 KU
  • Quru qalıq: %61+/-1
  • Sıxlıq: (20°C-də) 1.43+/-0.01 qr/ml
  • Sərfiyyat: 12-14 m²/lt və ya 100-120 qr/m²
  • Quruma vaxtı: (25°C-də) Üz bağlama 1-2 saat, bərkimə 24 s.
  • Parlaqlıq: (60° Gardner) 7 +/-1
  • Saxlama müddəti: 2 il
  • Qablaşdırma: 3.5 kq, 10 kq, 16 kq
  • İstehsalçı: «Evro İnşaat» MMC
  • Yarışəffaf, akrilik kopolimer əsaslı, silikon qatqılı astardır.
  • Spesifik xüsusiyyətləri:
    • İstifadə olunduğu səthə mükəmməl bir şəkildə yapışır. Tikililərin xarici səthlərində istifadə olunur və yağış sularının və nəmin qarşısını alır. İistifadə olunduğu səthdə elastiki təbəqə yaradır və tənəffüs edə bilmə xüsusiyyətinə malikdir. Boya sərfiyyatını minimuma endirir.
  • İstifadə sahələri:
    • Bütün xarici səthlərdə istifadə oluna bilər. Beton, gips, kərpic və başqa köhnə və yeni səthlərdə istifadə edilir.
  • İstifadə metodu:
    • Palitro Silikonlu Astar istifadə edilməyə başlanmazdan əvvəl səth yağ, toz və qum kimi yapışmağa əngəlləyici maddələrdən tamamilə təmizlənməlidir. Yeni suvanmış səthlərdə 21 gün (20°C-də) gözlənilməlidir. Lazım gələrsə səthlərdəki çuxur və çatlar xüsusi təmir qarışığı ilə doldurulmalıdır. İstifadə zamanı boya eyni miqdar su ilə incəldilərək, fırça və rulo ilə 1-2 qat vurulur. Qatlar arasında 1 saat gözlənilməlidir. İstifadə vaxtı temperatur +5°C dən yuxarı, rütubət 80%-dən aşağı olmalıdır.
  • Saxlama şərtləri:
    • Birbaşa günəş şüası düşməyən, 0°C-dən aşağı və +35°C-dən yuxarı olmayan mühitlərdə orijinal qablarında ağzı qapalı vəziyyətdə saxlayın. Donmaqdan qoruyun. S2 uşaqların əlçatdığı yerlərdən uzaq tutun.