Şirkət 2005-ci ildə fəaliyyətə başlamış və yüksək keyfiyyətli məhsullar istehsal edərək,
Azərbaycanın tikinti sektorunda layiqli yer tutmuşdur. Ən yeni, müasir texnologiyaların
tətbiqi ilə «Palitro», «Plazma», «FBF» və «Kolber» markaları altında müxtəlif çeşiddə
 boyalar, laklar, dolğular, həlledicilər, binderlər, PVA-Tutkal yapışdırıcıları, fasad və
keramik plitə yapışdırıcıları, aralıq doldurma qarışıqları, hidroizolyasiya qarışığı, beton
səth ilə gips əsaslı suvaq arasında əlaqə yaradan Palitro Kontakt yapışdırıcısı məhsulları
istehsal edir. Şirkətimiz istehsal sahələrini və məhsul çeşidlərini artırmaqda davam edir.
İstehsal etdiyimiz məhsulların keyfiyyət göstəricisi yüksəkdir, ixtisaslı kadrlar və
müasir laboratoriya nəzarəti mövcuddur. Şirkət ISO-9001 və IQ-Net idarəetmə
sistemlərinin tələblərinə tam cavab verir. Biz yeni məhsul çeşidləri ilə öz istehsal
proqramımızı zənginləşdirərək sistematik şəkildə inkişaf etdiririk. Yüksək istehsal
texnologiyası bizimlə əməkdaşlığın etibarlılığını sübut edir. İnternet səhifəmizdən məhsul
çeşidləri və xidmətlərimiz haqqında ətraflı məlumat ala bilərsiniz: