• Əsas tərkibi: Hidrokarbon
  • Rəng: Alüminium
  • Dayanıqlılıq: (20°C-də) 20+/-5
  • Quru qalıq: %37+/-1
  • Sıxlıq: (20°C-də) 0.95+/-0.01 qr/ml
  • Sərfiyyat: 15-20 m²/lt və ya 50-70 qr/m²
  • Quruma vaxtı: (25°C-də) Üz bağlama 10 dəq., bərkimə 4
  • Parlaqlıq: (60° Gardner) 40+/-1
  • Saxlama müddəti: 3 il
  • Qablaşdırma: 0.75 lt, 2.5 lt, 15 lt
  • İstehsalçı: «Evro İnşaat» MMC
  • Hidrokarbon bağlayıcı əsaslı, alüminium tozu qatqılı, son qat boyadır.
  • Spesifik xüsusiyyətləri:
    • Səthə asan çəkilir və tez quruyur. Yüksək temperatura və ultrabənövşəyi şüalara qarşı dayanıqlıdır. Səthə bərabər şəkildə yayılır.
  • İstifadə sahələri:
    • Palitro Alüminium Boya müxtəlif təyinatlı sobaların, neft tankerlərinin, boruların,qaldırıcı kranların, dəmir arakəsmələrin və s. metal səthlərin boyanmasında istifadə olunur.
  • İstifadə metodu:
    • Palitro Alüminium Boya istifadə edilməzdən əvvəl səth yağ, toz, qum və boya qalıqları kimi yapışmağa əngəlləyici maddələrdən tamamilə təmizlənməlidir. İstifadədən əvvəl çalxalamaq və beş dəqiqə qarışdırdıqdan sonra səthə çəkmək lazımdır. Alüminium boya qarışdırıldıqdan sonra dərhal səthə çəkilməlidir, əks halda yenidən qarışdırmaq lazımdır. Boya fırça və boya tapançası ilə vurulur. Boyani incəltmək lazım gəldikdə, xüsusi incəldicidən, Palitro Rapid Tinerdən istifadə etmək lazımdır.
  • Saxlama şərtləri:
    • S2 uşaqların əlçatdığı yerlərdən uzaq tutun. S16 Yanğın mənbələrindən uzaq tutun, siqaret çəkmək təhlükəlidir. S 3/7/9 ağzı bağlı vəziyyətdə, sərin və havalı məkanlarda saxlayın.
  • Təhlükəsizlik tədbirləri:
    • R 10 Alovlanandır.+21°C-dən yuxarı temperaturda istifadəsi təhlükəlidir. R 20 Nəfəs yollarına düşməkdən qoruyun. S 51istifadə olunan məkan mütləq havalandırlmalıdır. S 36/37/39 İstifadə zamanı qoruyucu geyimlərdən, əlcək, eynək və maskadan istifadə edilməlidir. R 36 Gözə düşdükdə qıcıqlanma yaradır.