• Əsas tərkibi: Akrilik kopolimer
  • Qarışdırıcı: Su
  • Rəng: Ağ, qara, qırmızı və s.
  • Dayanıqlılıq: (25°C-də) 140+/-10 KU
  • Quru qalıq: %72+/-1
  • Sıxlıq: (20°C-də) 1.74+/-0.01 qr/ml
  • Sərfiyyat: 11-13 m²/lt və ya 125-150 qr/m²
  • Quruma vaxtı: (25°C-də) Üz bağlama 1-2 saat, bərkimə 24 s.
  • Parlaqlıq: (60° Gardner) 8 +/-1
  • Saxlama müddəti: 2 il
  • Qablaşdırma: 3.5 kq, 10 kq, 25 kq
  • İstehsalçı: «Evro İnşaat» MMC
  • Yüksək keyfiyyət və ağlığa malik, akrilik kopolimer emulsiya əsaslı, mat görünüşlü tavan boyasıdır.
  • Spesifik xüsusiyyətləri:
    • İstifadə olunduğu səthə mükəmməl bir şəkildə yapışır, çatlamaz və qopmaz. Səthə asan çəkilir və səthə dekorativ, qüsursuz mat görünüş verir.
  • İstifadə sahələri:
    • Bütün daxili tavan səthlərində istifadə edilə bilər. Göstərilənlərdən kənar istifadəsi məsləhət deyil.
  • İstifadə metodu:
    • Palitro Tavan istifadə edilməyə başlanmazdan əvvəl səth yağ, toz və qum kimi yapışmağa əngəlləyici maddələrdən və boya qalıqlarından tamamilə təmizlənməlidir. Səthi boyamazdan əvvəl binder ilə astarlamaq lazımdır ki, boya səthə daha möhkəm yapışsın və boya sərfiyyatı daha az olsun. İstifadənin ilk qatında 10 – 12 %, ikinci qatında 5 – 8 % su ilə incəldilərək, fırça və rulo ilə 2 qat vurulur. Qatlar arasında 1 saat gözlənilməlidir. İstifadə vaxtı temperatur +5°C dən yuxarı, rütubət 80%-dən aşağı olmalıdır.
  • Saxlama şərtləri:
    • Birbaşa günəş şüası düşməyən, 0°C-dən aşağı və +35°C-dən yuxarı olmayan mühitlərdə orijinal qablarında ağzı qapalı vəziyyətdə saxlayın. Donmaqdan qoruyun. S2 uşaqların əlçatdığı yerlərdən uzaq tutun.