DİVAR MƏCUNU

Məhsul  haqqında
Yüksək keyfiyyətli,akrilik kopolimer əsaslı, istifadəyə hazır fasad şpatlyovkasıdır.
İstifadə  sahələri
binaların daxilində və fasadlarında beton, suvaq, döşəmə suvağı və s. bu kimi səthlərin düzəldilməsində;
səthdəki çatların doldurulmasında istifadə olunur.
Üstünlükləri
istifadə olunduğu səthə mükəmməl yapışır
çatlamır və qopmur.
yağış, nəm, günəş şüaları kimi hər cür hava şəraitinə, dəniz sahillərindəki duzlu nəmin mənfi təsirlərinə qarşı dözümlüdür.
tənəffüs edə bilmə xüsusiyyətinə malikdir
tez quruyur
boya üçün hamar səth yaradır və boya sərfiyyatını minimuma endirir.
İstifadə qaydaları  
İstifadə olunacaq səth möhkəm, quru və təmiz olmalıdır. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin yoxlanılmış və möhkəm olmasına diqqət edilməlidir. İstifadə etməmişdən əvvəl səth nəmləndirilməli və ya daha yaxşı nəticə əldə etmək üçün Palitro Silikonlu astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.Plazma akrilik divar məcunu aşağı dövriyyəli qarışdırıcı ilə qarışdırılmalıdır. Ehtiyac yaranarsa su ilə qatılığı nizamlanır. Plazma  akrilik divar məcunu yalnız püskürtmə aparatı ilə vurulduqda su ilə durulaşdırılmalıdır.Məhsul istifadəyə hazır şəkildə istehsal edilir. Mala, şpatel kimi pasta çəkmə alətləri və ya püskürtmə aparatı ilə səthə çəkilir. Qatlar arasında 3-4 saat gözləməklə, istənilən səth düzgünlüyü əldə etmək üçün 2-3 qat olmaqla tətbiq oluna bilər. Tətbiq zamanı səthin temperaturu +5°C-dən az olmamalıdır. Plazma   akrilik divar məcununun istifadə olunduğu səthin temperaturu +50C÷+300C olmalıdır. Xarici məkanlarda istifadə olunduğu halda səth 24 saat günəşdən, yağışdan, küləkdən və donmadan qorunmalıdır.
Texniki göstəricilər
Rəngi
İstifadə temperaturu +50 C÷+300 C
İstifadə müddəti 2 saat
Quruma müddəti 3-5 saat
Qablaşdırma 3,5; 10,0 və 25,0 kq-lıq plastik qablarda
Sərfiyyat
Səthin hopma qabiliyyətindən asılı olaraq 1 kq Palitro Akrilik Divar Məcunu 0,9-1,3 m² səthə tətbiq oluna bilər.
Saxlama müddəti və qaydası 
Birbaşa günəş şüası düşməyən, 0°C -dən aşağı və +35°C -dən yuxarı olmayan mühitdə orijinal qablarında ağzı qapalı vəziyyətdə saxlayın.Quru şəraitdə 2 il saxlanıla bilər.