• Əsas tərkibi: Akrilik kopolimer
  • Qarışdırıcı: Su
  • Rəng: Ağ, qara, qırmızı və s.
  • Dayanıqlılıq: (25°C-də) 140+/-10 KU
  • Quru qalıq: %72+/-1
  • Sıxlıq: (20°C-də) 1.74+/-0.01 qr/ml
  • Sərfiyyat: 11-13 m²/lt və ya 125-150 qr/m²
  • Quruma vaxtı: (25°C-də) Üz bağlama 1-2 saat, bərkimə 24 s.
  • Parlaqlıq: (60° Gardner) 7 +/-1
  • Saxlama müddəti: 2 il
  • Qablaşdırma: 3.5 kq, 10 kq, 25 kq
  • İstehsalçı: «Evro İnşaat» MMC
  • Yüksək keyfiyyətli, akrilik kopolimer emulsiya əsaslı, mat görünüşlü daxili səth boyasıdır.
  • Spesifik xüsusiyyətləri:
    • İstifadə olunduğu səthə mükəmməl bir şəkildə yapışır, çatlamaz və qopmaz. Səthdə elastik təbəqə yaradır və tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı rütubəti bayıra atır. Rəngi solmaz. Səthə dekorativ, mat görünüş verir.
  • İstifadə sahələri:
    • Bütün daxili səthlərdə istifadə oluna bilər. Beton, gips, kərpic və başqa köhnə və yeni səthlərdə istifadə edilir.
  • İstifadə metodu:
    • Palitro Plastik istifadə edilməyə başlanmazdan əvvəl səth yağ, toz və qum kimi yapışmağa əngəlləyici maddələrdən tamamilə təmizlənməlidir. Yeni suvanmış səthlərdə 21 gün (20°C-də) gözlənilməlidir. Səthi boyamazdan əvvəl binder ilə astarlamaq lazımdır ki, boya səthə daha möhkəm yapışsın və boya sərfiyyatı daha az olsun. Lazım gələrsə səthlərdəki çuxur və çatlar xüsusi təmir qarışığı ilə doldurulmalıdır. İstifadənin ilk qatında 10 – 12 %, ikinci qatında 5 – 8 % su ilə incəldilərək, fırça və rulo ilə 2 qat vurulur. Qatlar arasında 1 saat gözlənilməlidir. İstifadə vaxtı temperatur +5°C dən yuxarı, rütubət 80%-dən aşağı olmalıdır.
  • Saxlama şərtləri:
    • Birbaşa günəş şüası düşməyən, 0°C-dən aşağı və +35°C-dən yuxarı olmayan mühitlərdə orijinal qablarında ağzı qapalı vəziyyətdə saxlayın. Donmaqdan qoruyun. S2 uşaqların əlçatdığı yerlərdən uzaq tutun.