• Rəng: Boz
  • İstifadə temperatutu: +5°C – +30°C
  • Su-quru qarışıq nisbəti: 6.0-6.5 lt su / 25 kq quru qarışıq
  • İstifadə müddəti: 3 saat
  • Sürüşmə: <0.5 mm
  • Qarışdırdıqdan sonra gözləmə vaxtı: 3-5 dəqiqə
  • Sərfiyyat: 4-5 kq/m²
  • Aralıq doldurma vaxtı: Divarda 24, döşəmədə 48 s. sonra
  • Saxlama müddəti: 1 il
  • Qablaşdırma: 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən
  • ibarət 25 kq-lıq kisələrdə
  • İstehsalçı: «Evro İnşaat» MMC
  • stifadə sahələri:
    • Daxili və xarici məkanlarda, üzlük materialların beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılmasında istifadə olunur.
  • İstifadə metodu:
    • 25 kq-lıq toz şəkilli qarışığı 6,0-6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın. Malanındüz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra səthə vurulmuş qarışığı, plitərlərin ölçüsünə uyğun olaraq malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş yapışdırma üsulundan (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) istifadə olunması tövsiyyə olunur. Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saat, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.
  • Saxlama şərtləri:
    • Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.