• Əsas tərkibi: Akrilik kopolimer
  • Qarışdırıcı: Su
  • Rəng: Tutqun ağ
  • Quru qalıq: %73+/-1
  • Sıxlıq: (20°C-də) 1.74+/-0.01 qr/ml
  • Sərfiyyat: 1-2 kq/m²
  • Quruma vaxtı: (25°C-də) 4-8 saat
  • Saxlama müddəti: 2 il
  • Qablaşdırma: 3.5 kq, 10 kq, 25 kq
  • İstehsalçı: «Evro İnşaat» MMC
  • Yüksək keyfiyyətli, akrilik kopolimer əsaslı, istifadəyə hazır fasad şpatlyovkasıdır.
  • Spesifik xüsusiyyətləri:
    • İstifadə olunduğu səthə mükəmməl bir şəkildə yapışır, çatlamaz və qopmaz. Yağış, nəm, günəş şüaları kimi hər cür hava şəraitinə, dəniz sahillərindəki duzlu nəmin mənfi təsirlərinə qarşı dözümlüdür. Tənəffüs edə bilmə xüsusiyyətinə malikdir. Tez quruyur, boya üçün hamar səth yaradır və boya sərfiyyatını minimuma endirir.
  • İstifadə sahələri:
    • Bütün xarici səthlərdə hamar və qüsursuz səth əldə etmək üçün istifadə olunur.
  • İstifadə metodu:
    • “Palitro Expas” istifadə edilməyə başlanmazdan əvvəl səth yağ, toz və qum kimi yapışmağa əngəlləyici maddələrdən tamamilə təmizlənməlidir. Yeni suvanmış səthlərdə 21 gün (20°C-də) gözlənilməlidir. Şpatlyovkadan əvvəl səthə binder vurmaq lazımdır. “Palitro Expas” səthə şpatellə, təqribən 3 mm qalınlıqda vurulmalıdır. İstifadə vaxtı temperatur +5°C dən yuxarı, rütubət 80%-dən aşağı olmalıdır.
  • Saxlama şərtləri:
    • Birbaşa günəş şüası düşməyən, 0°C-dən aşağı və +35°C-dən yuxarı olmayan mühitlərdə, orijinal qablarında, ağzı qapalı vəziyyətdə saxlayın. Donmaqdan qoruyun. S2 uşaqların əlçatdığı yerlərdən uzaq tutun.