• Əsas tərkibi: Alkid
  • Qarışdırıcı: Sintetik tiner
  • Rəng: Ağ, qara, qırmızı və s.
  • Dayanıqlılıq: (20°C-də) 600+/-50
  • Quru qalıq: %67+/-1
  • Sıxlıq: (20°C-də) 1.05+/-0.01 qr/ml
  • Sərfiyyat: 12-15 m²/lt və ya 80-100 qr/m²
  • Quruma vaxtı: (25°C-də) Üz bağlama 1-2 saat, bərkimə 10 s.
  • Parlaqlıq: (60° Gardner) 90 +/-2
  • Saxlama müddəti: 3il
  • Qablaşdırma: 0.75 lt, 2.5 lt, 15 lt
  • İstehsalçı: «Evro İnşaat» MMC
  • Yüksək keyfiyyətli, sintetik alkid bağlayıcı əsaslı parlaq boyadır.
  • Spesifik xüsusiyyətləri:
    • İstifadəsi çox asandır və səthə yaxşı yapışır. Səthdə elastik təbəqə yaradır və kimyəvi və fiziki təsirlərə qarşı dayanıqlıdır. Səthə hamar, parlaq görünüş verir və fırça izi qalmır.
  • İstifadə sahələri:
    • Taxta, dəmir və s. səthlərdə, eləcədə dəniz və kənd təsərrüfatı nəqliyyat və texniki vasitələrinin boyanmasında istifadə olunur.
  • İstifadə metodu:
    • Palitro Sintetik boya istifadə edilməzdən əvvəl səth yağ, toz və qum kimi yapışmağa əngəlləyici maddələrdən tamamilə təmizlənməlidir. Metal səthlərin pası təmizlənib antipas vurulmalıdır. Boyama işləri fırça və rulo ilə aparılırsa, 1lt boya 150-200 ml tinerlə, boya tapançası ilə aparılırsa 200-250ml tinerlə incəldilərək vurulur. Temperaturdan asılı olaraq qatlar arasında 6-8 saat gözlənilməlidir.
  • Saxlama şərtləri:
    • S2 uşaqların əlçatdığı yerlərdən uzaq tutun. S16 Yanğın mənbələrindən uzaq tutun, siqaret çəkmək təhlükəlidir. S 3/7/9 ağzı bağlı vəziyyətdə, sərin və havalı məkanlarda saxlayın.
  • Təhlqkəsizlik tədbirləri:
    • R 10 Alovlanandır.+41°C-dən yuxar temperaturda istifadəsi təhlükəlidir. R 20/21/22 dəriyə, ağıza və nəfəs yollarına düşməkdən qoruyun. S 51istifadə olunan məkanlar mütləq havalandırlmalıdır.